AA Şirkətlər Qrupu

AA Şirkətlər Qrupu nəqliyyat, istehsalat, inşaat sektoru və digər çoxsaylı sahələrdə fəaliyyət göstərərək korporativ müştərilərə həll yolları təqdim edir. Bizim xidmətlərimizə təchizat, işçilərin daşınması, nəqliyyat vasitələrinin icarəsi və lizinqi, eləcədə ağır texnikanın icarəsi daxildir. Biz AA Şirkətlər Qrupu olaraq tərəfdaşlarımızın və müştərilərimizin bütün ehtiyaclarını ödəmək üçün çalışarkən işimizi müxtəlif sahələrdə davam etdiririk. Məqsədimiz tərəfdaşlarımızın dəstəyi ilə ən yaxşı xidməti göstərərək sənayedə liderlik etməkdir. Biz ən üstün keyfiyyəti təklif edərkən bütün ehtiyac və tələblərinizi ödəməyə hazırıq.

İnşaat maşınları, AA Şirkətlər Qrupunda tapılan qabaqcıl texnoloji təcrübədən bəhrələnmək üçün müxtəlif məhsul qrupları və xidmətlərindən yalnız biridir.Bizim ilə bütün böyük ölçülü avadanlıqlarla yanaşı, şirkətiniz üçün sarf materialları, alətlər və digər materiallar kimi bütün təchizatı da tapa bilərsiniz.

Xidmət sahələrimizdən biri olan, İşçilərin daşınması xidməti ilə tərəfdaşlarımızı servis problemlərindən azad edir və əsas fəaliyyət sahələrinə yönəlmələrinə imkan veririk. Xidmətimiz ekoloji cəhətdən təmiz bir həll olmaqla yanaşı, ayrıca şəxsi nəqliyyat vasitələrini koordinasiya edərkən yerində itirilən vaxtı azaldır. Ciddi təlim keçmiş və təcrübəli sürücülərimiz, etibarlı və güvənilir servislərimiz və nəhayət mütəxəssis rezervasiya və planlaşdırma heyətimizlə bütün ehtiyaclarınızı ən qısa zamanda qarşılayırıq.

Biz işimizə ciddi yanaşırıq!

Strateji prioritetlərimiz rəqabət üstünlüyümüzü genişləndirmək və şirkətimiz üçün uzunmüddətli dəyər yaratmaqla gəlirlərimizi yaxşılaşdırmaqdır

Strategiyamızı həyata keçirərkən gələcəyimizi formalaşdırmaq və şirkətimiz, səhmdarlarımız və iş ortaqlarımız üçün dəyər yaratmağa davam etmək üçün hər zaman prioritetimizlərimizin arxasındayıq.

 

Təhlükəsizlik bizim əsas prioritetimizdir.

AA Şirkətlər Qrupunda təhlükəsizlik bizim verdiyimiz hər qərarın və hər bir hərəkətin bir hissəsidir. Təhlükəsizlik ilkdir və bunun üçün də biz onu digər əsas dəyərlərimiz arasında birinci yerə qoyuruq.

Təhlükəsizlik sadəcə danışdığımız bir şey deyil. İstər iş yerinizdə, istər xidmət etdiyimiz sahələrdə və şirkətlərdə təhlükəsizliyə sadiqik. Məhsul, həll və ya xidmətdən asılı olmayaraq, AA Şirkətlər Qrupunu seçdiyiniz zaman bütün komanda üzvləri üçün mümkün olan ən təhlükəsiz iş mühitini təmin etmək üçün sizinlə işləyən bir ortağınız olacaq.